Daha bir əsgərimizi itirdik

img

21-09-2011 [05:40]


Milli Ordunun Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər yenidən ordu haqqında narahatlıq doğuran xəbərlər intensivləşib. Bu arada ?Doktrina? Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri haqqında yeni statistikanı açıqlayıb. Statistikaya görə, 2011-ci il, yanvarından sentyabr 21-dək, yənu bugünə kimi orduda 71 ölü, 70 yaralı faktı qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA