Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə cavabdeh yüksək vəzifəli zəxslərlə bir arada

img

21-09-2011 [01:41]


Sentyabrın 21-də Rusiyanın Yekaterinburq şəhərindəki ?Hyatt Regency? otelində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir. Tədbirdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir. Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq. İlk belə görüş ötən il oktyabrın 5-6-da Soçi şəhərində keçirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA