ismət Abbasov istehsaldan razıdır

img

20-09-2011 [02:59]


Bu il Azərbaycanda 2 mln. 350 min ton taxıl, dənli bitkilər yığılıb. Bunu Kənd Təsərrüfatı naziri İsmət Abbasov deyib. Nazir bildirib ki, hazırda bu məhsulların yığımı başa çatmaq üzrədir, qarğıdalı yığımı isə davam edir: ?Ümumilikdə, yığımın 2 mln. 450 min ton olacağını gözləyirik. Bu da ötən illə müqayisədə 23%-ə yaxın artıq istehsal deməkdir. İstehsalın 1 mln. 640 min tonunu ərzaq buğdası təşkil edir. Tərəvəz, meyvə, bostan məhsullarının istehsalı da davam edir. İlin əvvəlindən ölkədə istehsal 9,4% təşkil edib ki, ilin sonunadək 9-10% daha əlavə artımın olacağını gözləyirik. Bu da yaxşı nəticədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA