Azərbaycanda neftçilərin orta aylıq pensiyası 340 manatdır

img

20-09-2011 [01:28]


Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 340 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır. Məlum olduğu kimi, 2001-ci ildəHeydər Əliyevin sərəncamı ilə 20 sentyabr ?Neftçilər günü? elan edilib və bu tarix Azərbaycanda ?Neftçilər günü? kimi qeyd olunur. Bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 75,4 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA