DSK sədri vəzifəsindən istefa verdi

img

19-09-2011 [06:38]


Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirildi. İclasa sədrlik edən M. Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat verdi. Gündəliyin birinci məsələsi olaraq Mərkəzi Seçki Komissiyasının 26 avqust 2011-ci il tarixli iclasının protokolu təsdiq edildi. Gündəlikdə duran ikinci məsələ MSK-ya daxil olmuş bəzi müraciətlərə baxılması idi. Müraciətlərin araşdırılması üzrə komissiya üzvlərinin məlumatları dinlənildi və 109 saylı Balakən, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 28 saylı Sabunçu üçüncü, 95 saylı Tərtər, 76 saylı Lənkəran-Astara seçki dairələrinə aid müraciətlərə baxıldı və müvafiq qərarlar qəbul olundu. Sonra gündəliyin üçüncü məsələsinə baxıldı və komissiya üzvləri Mərkəzi Seçki Komissiyasının 61saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etdilər. İclasın sonunda MSK sədri M.Pənahov Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublika?sında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğun olaraq aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramının icrası ilə bağlı məlumat verdi. MSK sədri aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramının iki mərhələ üzrə- birinci mərhələdə dairə seçki komissiyalarının sədrləri və ikinci mərhələdə isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirildiyini və bu prosesin sentyabrın 15-də uğurla yekunlaşdırıldığını komissiya üzvlərinin diqqətinə çatdırdı. İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA