3 yol polisi izdən qovuldu

img

19-09-2011 [04:16]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər nazirinin 16 sentyabr 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub. Bununla yanaşı, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş tutduğu vəzifədən azad edilib. Tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilmədiklərinə görə 2 taqım komandirinə ciddi xəbərdarlıq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA