Şərqzünas alim Aida imanquliyevanın əsəri gürcü dilində çap olunub

img

17-09-2011 [05:39]


Akademik Aida İmanquliyevanın ??Qələm? Asossasiyası və Mixail Nuayme? kitabı gürcü dilində çap edilib. Kitab XIX sonu XX əsrin əvvəllərində Qərbdə yaradıcılığla məşğul olan ərəb yazıçılarının yaradıcılığına həsr olunub. Kitabı gürcü dilinə tərcüməçi D.Gülməmmədov çevirib. Kitaba ön sözü Gürcüstan Yazıçılar İttifaqının sədri Maxmala Qonaşvili yazıb. Kitab Tiflis Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsi üçün dərslik vəsaiti kimi hazırlanıb. Gürcüstan Azərbaycan mədəni əlaqələr Fondu Geo-Turan kitabın yazılmasında və çapında yaxından iştirak edib. Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında işıq üzü görüb. Geo-Turanın prezidenti Arif İbrahimovla söhbətimiz zamanı o, bu kitaba əslində çox böyük ehtiyac olduğunu dilə gətirdi: ?Tanınmış ziyalımız, akademik Aida İmanquliyeva 1989-cu ildə doktorluq dissertiyasını Gürcüstanda müdafiə edib. Aida xanımı Gürcüstanda yaşayn şərqşünaslar çox yaxından tanıyırlar. Onlarla söhbət zamanı ?Qələm Asossasiyası və Mixail Nuyame? əsərinə şərşünaslıq fakültəsində təhsil alan tələblərin çox böyük ehtiyacı olduğunu bildirdilər. Biz də qərara gəldik ki, bu kitabı ərsəyə gətirək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA