Ata qızını öldürdü, kürəkənini və 5 qohumunu bıçaqladı

img

17-09-2011 [02:05]


Azərbaycanın Cəlilabad rayonunda ağır qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu gün Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib. Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb. Digər şəxslər isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəsirov tutulub. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA