BMT-nin sessiyasında Azərbaycanın izğal edilmiz ərazilərində vəziyyət müzakirə olunacaq

img

17-09-2011 [11:39]


BMT Baş Assambleyasının 66-cı sessiyasının sentyabrın 16-da keçirilmiş plenar iclasında sessiyanın gündəliyi qəbul edilib. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindəndaxil olmuş məlumatda bildirilir ki, ?Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət? və ?GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri? adlı bəndlər sessiyanın gündəliyinə salınıv. Bu bəndlərin ?Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması? mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulub. Ermənistan nümayəndəsi iclasın aparılma qaydası üzrə söz götürərək, əvvəlki illərdə olduğu kimi, ölkəsinin ?Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət? adlı bəndin gündəliyə salınması ilə bağlı ümumi razılığa qoşulmadığını bildirib. Beləliklə, Ermənistan bu bəndi dəstəkləməyən yeganə dövlət olub, öz təcavüzkar siyasətinin mahiyyətini və qeyri-konstruktivliyini növbəti dəfə nümayiş etdirib. Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə, həmçinin Azərbaycanın təklif etdiyi ?Türkdilli ölkələrin Parlament Assambleyasının Baş Assambleyada müşahidəçi statusu? və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təklif etdiyi ?Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu? adlı bəndlər salınmışdır. Bu bəndlərə ?Təşkilat, inzibati və digər məsələlər? mövzusu altında Assambleyanın hüquqi məsələlərlə məşğul olan Altıncı Komitəsində baxılması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA