Qarabağ Fondunun saytı haker hücumuna məruz qalıb

img

16-09-2011 [05:24]


ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun veb səhifəsi haker hücumuna məruz qalıb. Bu barədə MİA-ya Qarabağ Fondundan məlumat verilib. Hücum nəticəsində sayt tamamilə dağıdılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, haker hücumu Ermənistan ərazisindən həyata keçirilib. Qısa müddət ərzində fondun səhifəsi işini bərpa edib. Yenidən haker hücumu gözlənildiyi üçün fondun texniki təchizat şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, Qarabağ Fondu mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramları həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA