?Capsian NavTel?-in Facebook müsabiqəsi

img

16-09-2011 [04:22]


Naviqasiya texnologiyaları sahəsində lider olan ?Caspian NavTel? şirkətinin facebook-da keçirdiyi ?Mən naviqatorsuz...? adlı hekayə müsabiqəsinin qalibi açıqlanıb. Şirkətin facebook səhifəsində (http://www.facebook.com/CaspianNavTel) keçirilən müsabiqəyə onlarla maraqlı hekayə və əhvalat daxil olsa da, ən çox bəyənilən (?like? yığan) hekayə, memar Elsevən Quliyevin hekayəsi olub və qalib, CNT 700 modelli naviqator qazanıb. Şirkətin baş ofisində keçirilən mükafatlandırma mərasimində, baş direktor Sənan İsmayılovdan hədiyyəsini alan Elsevən Quliyev, müsabiqəyə sadəcə maraqlı əhvalatını bölüşmək üçün qatıldığını, hədiyyə haqda düşünmədiyini, lakin bu xoş sürprizdən də çox sevindiyini qeyd edib. İlk dəfə avtomobilində naviqatordan istifadə edəcəyini bildirən qalibin naviqatoru, şirkətin mütəxəssisləri tərəfindən, yerindəcə avtomobilə quraşdırılıb. Xatırladaq ki, ?Caspian NavTel? GPS naviqasiya sisteminə bağlı daim yeniləşən xəritəni tətbiq edən ilk Azərbaycan şirkətidir. Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki ?Caspian NavTel?-in naviqatorlarında 60.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır! Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 6986 və 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA