Allahzükür Pazazadə Mədinəyə gedir

img

16-09-2011 [02:54]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 19 sentyabr 2011-ci il tarixdə Səudiyyə Ərəbistanına yola düşür. Qurumun mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Mədinə şəhərində 20 sentyabr tarixində keçiriləcək ?Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)? mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. İki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam A. Paşazadə fəxri qonaq kimi dəvət olunmuşdur. QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA