AMEA-da Kamal Abdullaya vəzifə verildi

img

16-09-2011 [02:08]


Bu gün AMEA Rəyasət Heyətində AMEA Humanitar və İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib. MIA-nın məlumatına görə, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq bölmənin elmi fəaliyyəti və əldə olunan nailiyyətləri haqqında danışıb. O bildirib ki, AMEA RH-ın qərarı ilə akademik Ağamusa Axundov bölmənin akademik-katibi vəzifəsindən azad edilib, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bölmənin akademik-katibi vəzifəsinə təyin edilib. Sonra K.Abdullayevin sədrliyi ilə davam etdirilən iclasda bir sıra elmi-təşkilati və cari məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA