Səlim Müslümov Türkiyəyə gedib

img

14-09-2011 [12:23]


2011-ci il 13 sentyabr tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Dövlət Sosial Müdafiə Fondununun ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya daxil olan məlumata görə, fondun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iclasda iştirak edib. İclas zamanı Assosiasiyanın Avropa Şəbəkəsi çərçivəsində 2011-ci ilin aprel və iyun aylarında Stokholm və Bakı şəhərlərində keçirilmiş seminarların nəticələri, Avropa Şəbəkəsinin gələcək planları müzakirə olunub. Müzakirələr zamanı Şəbəkənin 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər olunub. Bundan başqa, Türkiyə Respublikasının və Norveç Krallığının sosial müdafiə qurumlarının BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv qəbul olunması barədə müzakirələr aparılıb. Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA