Azərbaycan turistləri Tbilisi zəhərinə flydubai-ın yeni marzrutu ilə səfər edə bilərlər

img

13-09-2011 [01:19]


Gürcüstanın paytaxtı Tbilisi şəhəri, Dubay-ın ilk qənaətcil aviaşirkətinin 45-ci hava istiqaməti oldu. Bu Birləşmiş Ərəb Əmirliklərindən Gürcüstana hava nəqliyyatı həyata keçirən yeganə hava yoludur. Gürcüstanın iqtisadiyyat və inkişaf nazirinin müavini Qeorqi Karbelaşvili hadisəni təqdir edərək, flydubai-ın Tbilisi şəhərinə marşrut açmasını yüksək qiymətləndirərək, ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsində vacib mərhələ adlandırıb. Gürcüstanın dövlət televiziyasının əməkdaşları ilə birgə BƏƏ-nə səfər edən Karbelaşvili deyib: ?flydubai şirkətinin Gürcüstan bazarına çıxışı - BƏƏ və ölkəmiz arasında əlaqələrin genişləndirilməsinə yönələn önəmli addım kimi qiymətləndirirəm. Əminəm ki, bu hadisə Tbilisi-Dubay qarşılıqlı münasibətlərini daha da möhkəmləndirəçək. Əməkdaşlıq sahəmiz böyükdür, misal üçün, bank işi,neft,qaz, turizm və s. flydubai-ın Gürcüstanda fəaliyyətə başlaması nəzərdə tutulmuş işlərimizi birgə, addım-addım həyata keçirməyimizə imkan verəcək?. flydubai aviaşirkətinin Baş Direktoru Tbilisiyə hava yolunun açılmasını şərh edib: ?Biz Gürcüstan hökumətinə, Tbilisidə iş qurmağa dəvət etdiklərinə görə minnətdarlığımizı bildiririk. Tbilisi, ölkənin paytaxtı olaraq, həmçinin ən iri sənaye, ictimai və mədəniyyət mərkəzidir. Tbilisi dünyada biznes və əyləncə mərkəzi kimi artıq tanınır. Dubay-ın Mərkəzi və Şərgi Avropa ölkələri ilə münasibətlərin inkişafı - strateji məqsədlərimizdən biridir. Bu regionlardan olan 55 000-dən artıq insan hal-hazırda BƏƏ yaşayır, oradakı ölkələrdən isə hər il 1 mln. artıq turist Əmirlikləri ziyarət edir. Ümidvarıq ki, hava yollarımızın genişlənməsi BƏƏ ilə Mərkəzi, Şərqi Avropa arasında turizm əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq?. Qərbi Asiya və Şərgi Avropanın kəsişmə nöqtəsində yerləşən Gürcüstan, regionda iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən biridir. Son illər cəlbedici vergi sistemi sayəsində bu ölkəyə külli miqdarda investisiya yatırılıb. Həmçinin, bu ölkə Azərbaycan, Ukrayna və Moldavanında daxil olduqları GÜAM təşkilatının üzvüdür. flydubai artıq keçmiş Sovet İttifaqının beş dövlətinə hava uçuşları həyata keçirir: Azərbaycana (Bakı), Rusiyaya (Yekaterinburq, Samara, tezliklə - Kazan və Ufa), Ukraynaya (Kiyev, Xarkov, sentyabrdan ? Donetsk), Ermənistana (Yerevan) və Türkmənistana (Aşqabat).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA