Azərbaycan Prezidenti ilham Əliyev Qobustan rayonuna gedib

img

13-09-2011 [12:43]


Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib. Dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilmişdir. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, göz oxşayan fəvvarə kompleksi yaradılmışdır. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA