Bakıda üST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

img

12-09-2011 [01:06]


Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. Tədbirdə komitəyə üzv olan 53 ölkənin səhiyyə naziri və dövlət rəsmiləri iştirak edir. Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın səhiyyə sisteminin Avropa regionunun bir hissəsi olduğunu bildirib. ANS PRESS-in məlumatına görə, nazir qeyd edib ki, sessiyada qəbul olunan qərarlar təbii ki, Azərbaycan səhiyyəsinə də öz töhfəsini verəcək. Nazir məlumat verib ki, tədbir iştirakçıları Azərbaycanının yeni tibb müəssisələrinə baxış keçirəcək və Azərbaycanın səhiyyə sistemi ilə bağlı öz fikirlərini bildirəcəklər. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Sessiyada yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİÇS və antibiotiklərdən düzgün istifadə problemləri milli və regional səviyyədə müzakirə olunacaq. Sessiya öş işini sentyabrın 15-də yekunlaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA