Qəbul imtahanları yeni model əsasında keçiriləcək

img

12-09-2011 [12:34]


2014-cü ildən Azərbaycanda qəbul imtahanları yeni model əsasında keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri yeni modelin təfərrüatlarının hələlik açıqlanmayıb, müzakirələrin hələ bir neçə ay davam edəcəyini deyib. O qeyd edib ki, imtahanın məzmununa aid dəyişikliklər, açıq testlərlə işləmə bacarığının qiymətləndirilməsi X-XI siniflərdən deyil, V-VI siniflərdən başlanmalıdır: ?Son illərdə yeni kurrikulumlar istifadə olunur, dərs vəsaitləri dəyişir. TQDK-nın yeni vəsaitləri də bu prosesə uyğunlaşdırılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA