Rezidenturaya qəbul bazladı

img

12-09-2011 [12:25]


Rezidenturaya qəbul olmaq hüquqna baza ali tibb təhsili olan Azərbaycan vətəndaşları malikdirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya qəbul ola bilməzlər. Namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən sentyabrın 19-dək (şənbə və bazar istisna olmaqla) saat 9-dan 17-dək, sentyabrın 20-də isə səhər saat 10-dək müvafiq sənəd qəbulu komissiyasına TQDK-nın ödəmə kartını və tələb olunana sənədləri şəxsən təqdim etməlidirlər. Qəbul imtahanları Bakı şəhərində keçiriləcək. 1-ci mərhələnin imtahanı sentyabrın 24-nə, ikinci mərhələnin imtahanı isə sentyabrın 25-nə təyin olunub. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədlərin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə topladığı test balı isə 40-dan az olmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA