Əli Abbasov kollegiya iclası keçirib

img

12-09-2011 [11:39]


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari məsələlər və onların icra vəziyyətinə dair kollegiya iclası keçirilib. RİTN-dən verilən məlumata görə, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, hazırda ölkədə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir. Nazir son illər həyata keçirilən geniş tədbirlər kontekstində göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artdığını, sektorun modernləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü qeyd edib. O, daha yüksək nəticələrin əldə edilməsi üçün həyata keçirilən layihələrin icrasının təmin edilməsinin vacibliyini vurğulayıb. Kollegiya iclasında genişzolaqlı rabitə xidmətləri, ?AzDataCom? şəbəkəsi üzrə görülən işlər, ?Elektron imza?nın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, ?Elektron hökumət? proqramının icra vəziyyəti, ?Rəqəmsal TV?nin tətbiqi ilə bağlı məsələlərin icrası, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı cari vəziyyət, eləcə də, poçt sahəsində həyata keçirilən işlər, bu sahədə xidmət səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün yerlərdə nəzarətin gücləndirilməsi müzakirə olunub. Qeyd olunan məsələlərlə bağlı birlik və müəssisə rəhbərlərinin məruzələri dinlənilib və gələcək perspektivlər barədə fikirlər bildirilib. Sonda qarşıya qoyulan vəzifələrin icrası üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA