Toyda dava düzdü, Qusar sakini bir yumruğa öldü

img

11-09-2011 [12:59]


Qusar rayonunda təşkil olunan toy şənliyində ölüm hadisəsi baş verib. Hadisə ötən gün axşam rayonun Yaşıl təpə adlanan ərazisində qeydə alınıb. Belə ki, mərasimdə iştirak edən 32 yaşlı Kamil Şöhrət oğlu Talıbov adı açıqlanmayan bir nəfər tərəfindən yumruq zərbəsi alaraq ölüb. Atasının əmisi oğlunun toyunda iştirak edən Kamil Talıbov yumruq zərbəsindən yerə yıxılıb və onun başı səkiyə dəyib. Bundan sonra özünü pis hiss etdiyini deyən K.Talıbovu yaxınları evinə aparıblar. Zərərçəkən bu gün gecə keçinib. Mərhumun meyidi Qusar rayon morqunda ekspertizadan keçəndən sonra ailəsinə təhvil verilib. Mərhumun babası Məlikəhməd Talıbov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında nəvəsinin toyda döyüldüyünü deyib. Hadisə şahidlərinin sözlərinə görə, mərhumu vuran Sumqayıt şəhərindən gələn bir nəfərdir. Qusar rayon prokroru Zahid Vəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, faktla bağlı cinayət işi açılıb. Artıq istintaq tədbirlərinə başlanılıb. O bildirib ki, artıq hadisənin törədilməsində şübhəli bilinən şəxslər var. Zahid Vəliyev hələlik onların adlarını açıqlamayıb. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3 maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA