Sabirabad səhiyyə sistemi ilə bağlı zok faktlar

img

10-09-2011 [01:36]


Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) Sabirabad rayonunda monitorinqlərini davam etdirir. Qurumun mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, monitorinq zamanı Sabirabad rayonunda səhiyyə sistemində ciddi problemlərin olduğu üzə çıxıb. Məlum olub ki, kəndlərdə kənd xəstəxanaları, ambulator mərkəzlər əsassız yerə bağlanıb, işçilər işdən heç bir əsas göstərilmədən, qanunsuz olaraq işdən çıxarılıb: ?Kəndlərdə fəaliyyət göstərən tibb müəssisələr bərbad vəziyyətdədir, antisanitariya baş alıb gedir. Moranlı , Balahəşimxanlı, Sərxanbəyli kəndlərinin tibb ocaqları bir günün içində fəaliyyətini dayandırıb. Demək olar ki, rayonun Baş Həkimi Əlfağa Nadirov kənd xəstəxanalarının 80%-ni yox edib. Yerdə qalan məntəqələr isə işləmir. Moranlı kənd sakinlərinin vəziyyəti lap acınacaqlıdır?. SHMQ-nin sakinlər arasında apardığı sorğunən nəticlərinə görə, Moranlıda kənd xəstəxanası fəaliyyət göstərirmiş. Bu tibb müəssisəsində yüngül xəstəlikləri də olsa, müalicə etdirirlərmiş: ?İndi isə Əlfağa Nadirov tutarsız arqumentlər gətirərək oranı da ləğv edib. Nizami kənd xəstəxanasında isə çox qəribə bir iş meydana çıxıb. Kənd sakinləri deyirlər ki, orada 5 həkim var, 5-də ali təhsili o yana dursun, heç orta təhsilləri də yoxdur. Həkim ştatında oturublar,aylarla onları da heç orada tapmaq olmur (tapılsalar belə onlardan nə fayda?) və o adamlar da Əlfağa Nadirovun qohumlarıdır. Xəlfəli xəstəxanasında isə lap biyabırçılıqdır,həkimlərin bildirdiyinə görə orada 35 xəstə var, lakin biz orada birini də tapa bilmədik. 40 çarpayılıq xəstəxanadan 5-6-sı biyabırçı vəziyyətdə sınıq- salxaq çarpayı tapdıq. Bu yaxınlarda isə eyni mənzərələrə malik olan Nəsimi kənd Xəstəxanasında Ana uşağı ilə birlikdə doğum üstündə dünyasını dəyişib. Xəstəxanalar və Tibb məntəqələrinə antisanitariyadan girmək olmur. Elə tibb məntəqələri də var ki, onların içində günorta vaxtı çobanlar qoyunlarını sərinlətmək üçün oraya gətirir. Və bütün bu qeyd edilən sözdə xəstəxanalar və Tibb məntəqələrində gündəlik qida məhsulları, tikinti-təmir işləri, xəstəxanada yataq ləvazımatları, dərman pereparatlarına vəsaitlər silinərək Əlfağa Nadirov tərəfindən korrupsiyaya uğradılır?. Monitorinq qrupu Sabirabad səhiyyəsində baş verənlərlə bağlı nazir Oqtay Şirəliyevə müraciət edərək məsələyə müdaxilə etməsini istəyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA