Səhiyyə sistemindən 3500-dək adam izdən çıxarılıb

img

09-09-2011 [01:52]


Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkənin səhiyyə sistemində fəaliyyət göstərən yaşı 65-i keçmiş 7100 nəfərdən təqribən 3000-3500 nəfəri (50 faiz) işdən azad edilib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının regional komitəsinin Bakıda təşkil olunacaq 61-ci sessiyası ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Qanunun tətbiqi zamanı bəzi meyarların nəzərə alındığını bildirən Elsevər Ağayev ucqar kənd yerlərində və ehtiyac olan yerlərdə yaşı 65-i keçmiş şəxslərin işləməsinə hələlik imkan verildiyini söyləyib. ?Yaşı 70-i keçmiş səhiyyə işçiləri ilə bağlı da meyarlar hazırlanıb. Həmin meyarlar yaxın günlərdə Nazirlər Kabinetində təsdiq olunacaq?, - deyə o bildirib. Nazir müavini həmçinin yaşı 70-dən çox olan səhiyyə işçilərinin dövlət müəssisələrində öz fəaliyyətini davam etdirməsi üçün əsas götürüləcək meyarları da jurnalistlərin diqqətinə çatdırıb. O bildirib ki, bundan sonra dövlət tərəfindən fəxri adlar almış, orden və medallara layiq görülən yaşı 70-dən yuxarı olan səhiyyə işçiləri ilə əmək müqaviləsi 1 il müddətinə uzadıla biləcək. İşdən çıxarılan həkimlərin yerinə gələn kadrların səviyyəsi ilə bağlı sualı cavablandıran Elsevər Ağayev proses yenicə başlandığını və hazırda davam etməkdə olduğunu qeyd edib: ?Bu məsələ dövlət tərəfindən nəzərə alınıb. Bu prosesdə bizim ən ağrılı yerimiz olan elmi-tədqiqat müəssisələrində, universitetlərdə, elmi müəssisələrdə çalışan təcrübəli şəxslərin yaş senzinə məruz qalacağı ilə bağlı idi. Lakin bu kateqoriyadan olan şəxslərə yaş senzi tətbiq olunmayacaq. Yaşı 65-dən yuxarı olan səhiyyə işçiləri isə özəl sektorda çalışa bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA