Mütəllibovun 19 yazlı nəvəsi mazını ilə 3 nəfəri vurub, 2 ölü, bir yaralı

img

08-09-2011 [10:20]


Sentyabrın 8-də, günorta saatlarında Bakının Suraxanı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Aeroport şossesində Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən "Lexus" markalı avtomobil yolu keçmək istəyən 3 piyadanı vurub. Hadisə nəticəsində ağır xəsarət alan bir kişi və bir uşaq ölüb, digər yaralı piyada qadın isə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanı törədən şəxsin Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Mədinə Zaur qızı Mütəllibova olduğunu dədqiləşdiriblər. Onun idarə etdiyi 90 XH 042 nömrə nişanlı ?Lexus? anasının adına imiş. Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, saat 12:30 radələrində ağır yol-nəqliyyat hadisəsini törədən 19 yaşlı Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA