Qızıl və gümüz medal alan 53 zagirdin hamısı imtahanlarda yüksək bal toplayıb

img

08-09-2011 [12:17]


2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Təhsil Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş ?Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası? əsasında həyata keçirilib. Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib. Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA