?Azərbaycanda yazılı və zifahi tərcümənin tədrisində islahatlar? mövzusunda seminara yekun vuruldu

img

08-09-2011 [12:10]


Sentyabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) TEMPUS layihəsi çərçivəsində ?Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar? mövzusunda seminara yekun vuruldu. Seminarda ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev iştirak edirdi. Seminarda tədris metodologiyası, qiymətləndirmə meyarları haqqında, eləcə də ADU ilə Azərbaycan regionlarındakı universitetlərlə müəllim-tələbə mübadiləsi ətrafında müzakirələr aparıldı. Daha sonra İtaliyanın Milan Universitetinin əməkdaşı öz tədris proqramları haqqında ətraflı məlumat verdi. Xatırladaq ki, TEMPUS layihəsi çərçivəsində ?Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar? mövzusunda seminar 3 gün davam etdi. Seminarın keçirilməsinin əsas məqsədi isə dil dərslərinin keçirilmə mexanizmini müəyyən etmək və tədris planını hazırlamaqdan ibarət idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA