Qənirə Pazayeva Türk Dünyası Bələdiyyələr Birliyinin bazqanı ilə görüzüb

img

07-09-2011 [02:41]


İstanbulda səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı Mustafa Bakurtala ilə görüşüb. Q.Paşayevanı Birliyin tarixi, hazırkı və keçmiş fəaliyyəti, gələcək planları barədə bilgiləndirən Başkurt Azərbaycan bələdiyyələrinin təmsil etdiyi Birliyin fəal üzvlərindən olduğunu bildirib. Q.Paşayeva qardaş bələdiyyələr arasında təcrübə mübadiləsinin ümumi işə xeyir verdiyini, xalqları daha da yaxınlaşdırdığını qeyd edib. Millət vəkili Azərbaycan dövlətinin bu tip konstruktiv fəaliyyətlərə həmişə dəstək verdiyini vurğulayıb. Q.Paşayeva İstanbulun Bağçılar Bələdiyyəsinin başqan yardımçısı Yavuz Subaşı ilə də görüşüb. Y. Subaşı təmsil etdiyi bələdiyyənin türksoylu ölkələr, o cümlədən Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduğunu bildirib. Q. Paşayeva Bağçılar Bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanışlıqdan, bələdiyyənin əldə etdiyi uğurlardan məmnun olduğunu, onların bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsində də yayılmasında maraqlı olduğunu ifadə edib. Y. Subaşı xanım Paşayevaya görüşdən xatirə olaraq Azərbaycan, Türkiyə bayraqları və ?Quran? bağışlayıb. Q.Paşayeva Y.Subaşını parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə təmas qurmaq üçün Azərbaycana dəvət edib. Millət vəkili Birləşmiş Kəndlər və Yerəl Yönətimlər Orta Doğu və Batı Asya Bölgə Təşkilatının (UCLUG-MEVA) baş katibi Mehmet Dumanla da görüşüb. M.Duman ona təşkilatın tarixi, mandatı, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. Q. Paşayeva təşkilatın fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, onun üzərində məsuliyyətli missiyanın olduğunu, görülən işlərin bölgə xalqlarının mənafeyinə cavab verdiyini, mədəniyyət mübadiləsinə şərait yaratdığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA