Bundan sonra hamı elektron imza verə biləcək

img

07-09-2011 [01:38]


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində ?e-imza?nın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ?e-imza?nın tətbiqi istiqamətində görülən işlər barədə danışıb. O deyib ki,əhali, hüquqi şəxslər, biznes-strukturlar və dövlət müəssisələri işçiləri üçün elektron rəqəmli imzaların dəyəri ƏDV nəzərə alınmaqla ildə 14 manatdan 60 manatadək olacaq: ?Əhali üçün imzaların qiyməti ƏDV nəzərə alınmaqla ildə 14 manat təşkil edəcək. İmzaların hüquqi şəxslər, biznes-strukturlar üçün qiyməti ildə 60 manat, dövlət müəssisələri işçiləri üçün isə 135 manat (üç illik) olacaq. Biz xarici ölkələrdəki vəziyyəti analiz edərək, elektron rəqəmli imzaların optimal dəyərini müəyyən etmişik. İmzaların bu qiymətləri ilkin qiymətlərdir və 2012-ci il yanvarın 15-dək qüvvədədir?. Qeyd edək ki, gələn il yanvarın 15-dən sonra imzaların qiymətlərinə yenidən baxıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA