Sabahdan havanın temperaturu yüksələcək

img

07-09-2011 [12:32]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabahdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarında havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Sentyabrın 8-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Ümumiyyətlə, yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA