Təhsil Nazirliyi orta məktəblərin akkreditasiyasına bazlayacaq

img

07-09-2011 [11:57]


Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA