"Aktivia" reklam qanunvericiliyini pozub

img

06-09-2011 [04:24]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinq keçirib. Nazirlikdən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının "mütləq sertifikatlaşdırılmalıdır" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, "Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib. Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilən qanun pozuntuları aradan qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA