Sabah rayonlarda leysan yağızlar yağacaq

img

06-09-2011 [02:07]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 7-də arabir yağış yağacağı, gecə və səhər bəzi şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında sentyabrın 6-dan 7-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA