?Azadlıq? meydanının yaxınlığında yeni metrostansiya tikiləcək

img

05-09-2011 [03:38]


Bakının şəhərinin Azadlıq meydanı yaxınlığında yeni metro stansiya tikiləcək. Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun verdiyi məlumata görə, yeni stansiya 2016-cı ildə istifadəyə veriləcək. Onun sözlərinə görə, Bakı Metropoliteninin üçüncü xətti Bakı Beynəlxalq Avtovağzalında tikilən metrostansiyasa Azadlıq meydanı ilə birləşəcək. Ümumiyyətlə, üçüncü xətdə ilkin olaraq 6 stansiya tikiləcək. Xəttin ilk stansiyası ?Avtovağzal?, ikinci stansiya ?Memar Əcəmi?, üçüncü stansiya Ceyhun Səlimov küçəsində, ?Xutor dairəsi?nin ətrafında, dördüncü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində, beşinci stansiya Heydər Əliyev Sarayının arxa hissəsində, altıncı stansiya isə Azadlıq meydanında olacaq. Sonuncu stansiyanın minimum 6 çıxışı olacaq. Metropoliten rəsmisi üçüncü xəttin ilk iki stansiyasının 2013-cü ilin sonunda, digər iki stansiyanın 2015-ci il ərzində, sonuncu iki stansiyanın isə 2016-cı ildə istifadəyə veriləcəyini bildirdi. Eyni zamanda ?Xətai???H.Aslanov-2???Yeni Günəşli? istiqamətində də stansiyalar, həmçinin iki depo inşa olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA