Sabahdan havanın temperaturu azağı düzəcək

img

05-09-2011 [01:26]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, sentyabrın 6-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA