Prezident generalları topladı

img

03-09-2011 [05:09]


Prezident İlham Əliyev Müdafiə Nazirliyi sistemində baş verən prosesləri, generallar arasında yaranmış qarşıdurmanı aydınlaşdırmaq məqsədilə bu günlərdə Prezident Administrasiyasında Silahlı Qüvvələr Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov daxil olmaqla bir qrup ordu generalının iştirakı ilə xüsusi müşavirə keçirib. Bu barədə hərbi mənbələrdən ?MilAz? İA-ya eksklüziv olaraq informasiya verilib. Prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevin də qatıldığı görüşdə son zamanlar mətbuat səhifələrində ordu rəhbərliyi barədə əksini tapan neqativ informasiyalar müzakirə olunub. Bu tip informasiyaların ordunun döyüş ruhuna mənfi təsir etdiyi bildirilib. Müzakirə zamanı bu tip informasiyaları mətbuat səhifələrinə ötürən zabitlərin aşkarlanması və onların problemlərinin öyrənilməsinin zəruri olduğu qeyd olunub. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşə qatılmadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA