Rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı

img

03-09-2011 [02:02]


Azərbaycanda rezidenturaya qəbul imtahanlarının tarixi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, rezidenturaya qəbul imtahanları sentyabrın 24-25 keçiriləcək. TQDK sədri deyib ki, sentyabrın 10-11-də rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək. TQDK sədri imtahanların 2 gün ərzində keçirilməsinin səbəbini də açıqlayıb: ?İmtahanda namizədlərə 200 sual təqdim olunacaq, 100 sual ixtisas fəndindən 100 sual isə əsas fənlərdən olacaq. Biz gərək həmin gün namizədlərə fasilə verəydik, bu mümkün olmadığından biz bu imtahanları 2 gün ərzində keçirmək qərarını verdik?. M. Abbaszadə bildirib ki, rezidenturaya sənəd qəbulu elektron formada aparılacaq. Rezidenturaya sınaq imtahanlarından sonra sənəd qəbul elan ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA