Azərbaycanda dörd teleradio zirkətinin lisenziyasının müddəti uzadılıb

img

02-09-2011 [05:12]


Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA