Həftəsonu temperatur 37 dərəcəyə qalxacaq

img

02-09-2011 [01:19]


Həftəsonu ölkə ərazisində yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22, gündüz 31-36, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək. Sentyabrın 4-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah 3-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Sentyabrın 4-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Gecə 17-22, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA