Ombudsman baz prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib

img

01-09-2011 [07:54]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova baş prokuror və milli təhlükəsizlik nazirinə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Elmira Süleymanovaya ATƏT in Bakı Ofisindən və digər mənbələrdən daxil olmuş məlumatlarda 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib. Müvəkkil müraciətlərdə göstərilmiş halların araşdırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı baş prokuror və milli təhlükəsizlik nazirinə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA