YAP-çı gənclər cəbhə bölgəsində olublar

img

01-09-2011 [01:26]


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ramazan Bayramı münasibətilə cəbhə bölgəsində olub. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Bərdə və Ağdam rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər, az təminatlı və şəhid ailələri ilə görüşüb, onlara bayram sovqatı paylayıblar. Gənclər Bərdədə müvəqqəti məskunlaşan Milli Qəhrəman Yelmar Edilovun ailə üzvləri ilə də görüşüblər. Nümayəndə heyəti daha sonra Ağdam rayonuna gedərək burada rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov ilə görüşərək görülən işlərlə tanış olublar. Daha sonra Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının nümayəndə heyəti rayonun Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər, az təminatlı ailələr və şəhid ailələri ilə görüşərək onlara bayram sovqatı hədiyə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA