Prezidentlərin görüzü gözlənilir

img

01-09-2011 [01:17]


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşır. Ermənistanda nəşr olunan ?Aykakan Jamanak? qəzetinin verdiyi məlumata görə, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüşü BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində təşkil etməyi nəzərdə tutur. Qəzetin yazdığına görə, beynəlxalq diplomatik dairələrdə bu görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sonuncu şans hesab edirlər. Çünki sentyabr ayında Ermənistanda gərgin siyasi proseslər gözlənilir.Bundan başqa, yaxın gələcəkdə həmsədr ölkələrdə (Rusiya, Fransa, ABŞ) seçkilər keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA