Bu gün müəllimlərin izə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

img

29-08-2011 [01:05]


Bu gün Azərbaycanda gənclərin çağırışa qədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət və rəsmxət ixtisasları üzrə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, imtahanlar həmişə olduğu kimi Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. İmtahan səhər saat 9:00-dan axşam saat 18:00-a qədər davam edəcək. Bütün imtahanlarda olduğu kimi hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandırmalıdır. İmtahanın nəticələri imtahan başa çatan kimi məlum olacaq. Müəllimliyə namizəd bunu imtahan verdiyi kompüterin monitorundan öyrənə biləcək. Qeyd edək ki, hazırda ölkədə gənclərin çağırışa qədərki hazırlığı ixtisası üzrə 51 vakant yer var. Vakant yerlərdən 28-i paytaxtda, 23-ü isə regionlardadır. Bu ixtisas üzrə 68 nəfər ərizə verib. Əmək hazırlığı müəllimliyi ixtisası üzrə vakant yerlərin sayı 29-dur. 10 boş yer Bakıda, 19 boş yer isə regionlardadır. Ərizə verənlərin sayı isə 137 nəfərdir. Musiqi və nəğmə müəllimliyi ixtisası üzrə 22 boş yer var. Onlardan 10-u paytaxt, 12-si isə regionların payına düşür. Təsviri incəsənət və rəsmxət ixtisası üzrə isə vakant yerlərin sayı 13, ərizə verənlərin sayı isə 43 nəfərdir. 3 boş yer Bakıda, 10 yer isə regionlardadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA