Sentyabrda istilər yenidən bazlayacaq

img

28-08-2011 [12:33]


Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 15-20 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyədək, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə 35-39 dərəcəyədək, ayın ikinci yarısı isə müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-23 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu müsbət 11-16 dərəcə, ayın birinci yarısında müsbət 18-20-dək, gündüzlər ayın birinci yarısında 32-35 dərəcə, ayrı-ayrı günlərdə müsbət 37-40 dərəcə, ayın ikinci yarısında 27-30 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında temperaturun müsbət 15-17 dərəcə olacağı gözlənilir ki, bu da orta aylıq temperaturun iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 19 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 21-25 dərəcə, ayrı-ayrı günlərində müsbət 28-33 dərəcə, ayın ikinci yarısında müsbət 16-21 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 7-13 millimetr) olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Havanın gecələr müsbət 14-19 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə müsbət 34-36 dərəcə, ayın ikinci yarısında müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-44 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında temperaturun müsbət 19-22 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Hava gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 17-22 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 26-31 dərəcə, ayrı-ayrı günlər 33-37 dərəcə, ayın ikinci yarısında müsbət 19-24 dərəcə təşkil edəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 33-120 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın müsbət 17-22 dərəcə, ayın birinci yarısında müsbət 30-33 dərəcə, ayrı-ayrı günlərdə 36-39 dərəcə, ayın ikinci yarısında müsbət 24-29 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-38 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 15-20 dərəcə, gündüzlər ayın birinci yarısında müsbət 27-30 dərəcə, ayrı-ayrı günlərində 33 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında müsbət 22-25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 50-199 millimetr), bəzi yerlərdə çox olacağı ehtimal var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA