Sabah texnikumlara qəbul imtahanıdır

img

27-08-2011 [12:15]


Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. Qəbul imtahanları respublikanın 11 şəhərində keçiriləcək. İmtahanların keçirilməsi üçün 57 bina ayrılıb. 9 illik bazadan qəbul imtahanında iştirak etmək üçün 31 250 abituriyent qeydiyyatdan keçib. TQDK-dan verilən məlumata görə, bu gün TQDK-nın və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları bütün binalara baxış keçirirlər. Saat 14.00-dan sonra imtahan keçiriləcək binalar bağlanaraq mühafizəyə götürüləcək. İmtahan rəhbərləri və nəzarətçilərlə aparılan təlimatlar da yekunlaşmaq üzrədir. Bu gün regionlarda imtahan nəzarətçiləri ilə sonuncu təlimat işləri aparılır. Qəbul imtahanları bütün şəhərlərdə eyni vaxtda-saat 13.00-da başlayacaq və saat yarım ərzində aparılacaq. Abituriyentlər 3 fəndən - Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan, rus bölməsinin abituriyentləri isə əlavə olaraq ?Ana dili? fənn bloku daxilində Azərbaycan dilindən 5 suala cavab verəcəklər. İmtahan nəticələrinin emalına sentyabrın 1-dən başlanacaq və sentyabrın 3-dək cavabların elan olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA