QHT-lər Qəbələdə Milli QHT Forumuna hesabat verəcəklər

img

26-08-2011 [06:18]


Bu gün Milli QHT Forumu Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tədbirlər planı əsasında QHT-lərin müsbət təcrübəsinə həsr olunmuş müzakirə və debatlar keçirilib. Şuranın baş mühasibi Tofiq Həsənov, MQF-nin Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ RQRTM-in əhatə dairəsində olan rayonlarda qeydiyyatda olan QHT-lərin və Qəbələ şəhər ictimaiyyətinin 30 nəfərdən çox nümayəndəsi iştirak edib. MQF Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Həsənov tədbirin mahiyyəti haqda iştirakçılara məlumat verib və bundan sonra belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib. Qərara alınıb ki, bu il Qəbələ QHT-ləri tərəfindən son 5 ildə həyata keçirilmiş layihələr və digər fəaliyyətlər nəticəsində toplanmış təcrübə və əldə edilmiş uğurlar barəsində hər bir QHT və mərkəzi QHT-lərin yerli şöbələri tərəfindən hesabatlar hazırlanaraq Qəbələ RQRTM-inə təqdim edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA