ADU professorunun yeni kitabı çıxıb

img

26-08-2011 [12:44]


Bu yaxınlarda ADU-nun 1 saylı ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayevin müəllifi olduğu ?Aktual üzvlənmə, mətn və diskurs? adlı kitabı çapdan çıxıb. Kitabda mətn dilçiliyinin ən mühüm problemlərindən hesab edilən mətnlərin yaranmasında aktual üzvlənmənin imkanları araşdırılır. Müəllif bu məqsədlə mövcud olan fikirləri ümumiləşdirir, Azərbaycan və ingilis dili materialları əsasında aktual üzvlənmənin mətn yaratmada rolunu göstərir, mətn və diskurs probleminə münasibətini bildirir, mətn dilçiliyi üçün əhəmiyyətli olan bir sıra nəzəri müddəalar irəli sürür, prosesi və nəticəni özündə birləşdirən daha geniş fəaliyyət növü kimi diskursu dərk etməyin yollarını müəyyən edir. Qeyd edək ki, Əfqan Abdullayev 90-dan çox elmi məqalənin, 6 kitabın (3 kitabı ingilis dilində xaricdə nəşr olunub) müəllifidir. 2002-ci ildən Azərbaycan Dillər Universitetinin professorudur. ABŞ-da, İranda, Rusiyada, İngiltərədə, Almaniyada, Türkiyədə, Polşada, Rumıniyada, Macarıstanda, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələr edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA