QHT Şurası regionlarda bu mövzuda məlumatlandırma sessiyaları təzkil edir

img

25-08-2011 [03:54]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ?QHT-lərin müsbət təcrübəsinin paylaşılması? mövzusunda məlumatlandırma başlayıb. İlk tədbir avqustun 23-də Qubada şəhər ictimaiyyətinin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyanın məqsədi və mahiyyəti haqda məlumat verib və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb. F.Qurbanov qeyd edib ki, QHT-lərin fəaliyyəti ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət etməlidir: ?Ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən demokratikləşmə proseslərinin dərinləşməsi, bütövlükdə sosial sahədə, o cümlədən səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi Şuranın fəaliyyətinin əsas prioritetləridir.? Sessiyada yerli QHT rəhbərləri, icra strukturlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə iştirakçılar öz fikirlərini bölüşmüş, rəy və təkliflərini səsləndirmişlər. Çıxışlar və müzakirələr zamanı QHT rəhbərləri son dövrlər yerinə yetirilən layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərin və müsbət təcrübələrin ümumiləşdirilib geniş yayılmasının zəruriliyini qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA