Avqustun 29-dək hava qeyri-sabit oalacaq

img

25-08-2011 [02:28]


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA