Kəmaləddin Heydərov Fələstin səfirini qəbul edib

img

24-08-2011 [06:14]


Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kareem A.Raheemini qəbul edib. FHN-nin rəsmi saytının yaydığı məlumata görə, görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Nazir Kəmaləddin Heydərov qonağa nazirliyin struktur bölmələri və fəaliyyəti haqqında ətraflı məlumat verərək tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Səfir də öz növbəsində, bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA