Yağızlı hava 3 gün də davam edəcək

img

24-08-2011 [01:03]


Avqustun 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Sinoptiklər yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyini, arabir yağış yağacağını bildirir. Bu cür hava şəraiti avqustun 27-si gündüzədək davam edəcək. Bölgələrdə də avqustun 29-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA